Ərdoğan-Putin danışıqları üç saatdan çox davam edib
01 dekabr 2014 21:01 (UTC +04:00)

Ərdoğan-Putin danışıqları üç saatdan çox davam edib

0

Türkiyə və Rusiyanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilən təkbətək görüş üç saatdan çox davam edib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüş nəzərdə tutulduğundan əvvəl başlayaraq Moskva vaxtı ilə saat 18:30-də bitib.

 

Görüşün yekunları  barədə dövlət başçıları mətbuata açıqlama verəcəklər. Bu, iki ölkə arasında əməkdaşlığa dair birgə sənədlərin imzalanmasından sonra baş tutacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 859

Oxşar yazılar