Ərbakanı istefaya məcbur edən general həbsdən azad olundu - YENİLƏNİB
04 yanvar 2013 11:03 (UTC +04:00)

Ərbakanı istefaya məcbur edən general həbsdən azad olundu - YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi general İsmayıl Haqqı Karadayı həbs olunub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, general 1997-ci ildə hərbi müdaxilə nəticəsində islam təmayüllü hökumətin devrilməsi ilə bağlı istintaqın suallarına cavab verəcək. İstanbuldakı evində saxlanılan sabiq qərargah rəisi dindirilmək üçün paytaxt Ankaraya gətirilib.

 

Qeyd edək ki, 1997-ci ildə baş verən hadisə nəticəsində Ərbakan hökuməti istefaya məcbur edilib. Ötən ilin may ayında baş nazir Ərbakanın devrilməsi ilə bağlı daha 6 generala da eyni ittihamlar irəli sürülüb.

 

*****

10.38

Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahının sabiq rəisi İsmayıl Hakkı Kardayı həbsdən azad edilib, bu barədə Trend CNN Türk-ə istinadən məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949
avatar

Oxşar yazılar