Energetika nazirindən Ərdoğanın oğlu ilə bağlı açıqlama
27 dekabr 2013 21:10 (UTC +04:00)

Energetika nazirindən Ərdoğanın oğlu ilə bağlı açıqlama

Türkiyənin energji və təbii ehtiyatlar naziri Taner Yıldız Kayseridə keçirilən toplantıda baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu ilə bağlı iddialara cavab verib.

 

Lent.az-n  «habertürk»-ə istinadən məlumatına görə, o, bildirib ki, 14 istilik elektrik stansiyasının özəlləşdiriliməsi ilə bağlı məsələdə baş nazirin oğlunun «ortaq olduğu deyilir»: «Buna yalan demək azdır. Biz özəlləşdirmə prosesini davam etdirəcəyik. Bizə çox fərqli təkliflər gələ bilər. Bunları texniki baxımdan dəyərləndiririk. Baş nazirin tapşırığı ilə 14 stansiyanın özəlləşdirməyə çıxarıldığı iddiası da ağ yalandır. Bununla bağlı Özəlləşdirmə Yüksək qurumu 6 qərar qəbul edib. Özəlləşdirməni başlamağımıza göstərişi bu qurum verib».

 

O, həmin stansiyaların qalanının fevralın 28-dək özəlləşdiriləcəyini söyləyib.

«İstər bizim nazirliyimiz olsun, istərsə də  AK Partiya, işlərimizi hüquq və düzlük üzərində qururuq. Dürüst çalışan insanları qoruyub, onların ayaqlanmasına imkan verməyəcəyik. Qanunu pozanları cəzalandırmaq, lazım olanı etmək bizim işimizdir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310
avatar

Oxşar yazılar