Əmirliyin şeyxi fələstinlilərə  40 milyon ayırıb
22 iyul 2014 06:43 (UTC +04:00)

Əmirliyin şeyxi fələstinlilərə  40 milyon ayırıb

0

Birləşmiş Ərəb Əmirliyinin başçısı və Əbu- Dabinin əmiri şeyx Xəlifə bin-Zahid əl-Nahayan fələstinlilərin uçurulan evlərinin yenidən qurulması üçün 40 milyon dolların ayrılması haqda fərman imzalayıb.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, “Frans press” bildirib ki, həmin evlər İsrailin Qəzza zolağına aviazərbələri zaman dağılıb.

 

Əmirlik hökuməti İsrailin hərbi əməliyyatından zərər çəkmiş anklavdakı əhaliyə 52 milyon dollar ayıracağını da boyun olub.

 

Vəsait paylanması ilə BƏƏ-nin “Qızıl ay” təşkilatı məşğul olacaq.

 

Xatırladaq ki, bir müddət öncə ölkənin başçısı Qəzza zolağına 25 milyon dollar ayırmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 927

Oxşar yazılar