Babək rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının rayonun Cəhri qəsəbəsindən keçən hissəsində baş verib. “Tofaş” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Samirə Allahverdiyeva və 2009-cu il təvəllüdlü Ümid Musayev xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ceyhun Məmmədov