“America’s Got Talent”da gözlənilməz dəyişiklik:  Simon Cowellin yerinə başqa ulduz gəlir
29 avqust 2026 21:47 (UTC +04:00)

“America’s Got Talent”da gözlənilməz dəyişiklik: Simon Cowellin yerinə başqa ulduz gəlir

0

“America’s Got Talent” şousunda Simon Cowellin yerinə müvəqqəti olaraq aktyor və komediyaçı Kenan Thompson münsif kürsüsündə əyləşəcək.

Lent.az xəbər verir ki, bu barədə Entertainment Weekly məlumat yayıb.

Simon Cowell belində keçirdiyi əməliyyatdan sonra bir müddət şoudan uzaq qalacaq. Onun yerinə “Saturday Night Live” proqramının ən uzun müddət fəaliyyət göstərən aktyorlarından biri olan Kenan Thompson dəvət edilib.

Thompson daha əvvəl də “America’s Got Talent”də qonaq münsif kimi çıxış edib. Bu dəfə isə o, Mel B, Howie Mandel və Sofía Vergara ilə birlikdə münsiflər heyətində yer alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar