Kürdəmirdə yol qəzasında 5 nəfər  xəsarət aldı
29 avqust 2026 22:34 (UTC +04:00)

Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət aldı

0

Kürdəmir rayonunda “Toyota” markalı avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Pirili kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Hüseynovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər – 1979-cu il təvəllüdlü Səidə Hüseynova, 2007-ci il təvəllüdlü Afaq Hüseynova, 1989-cu il təvəllüdlü Mahruq Əliyeva və 2010-cu il təvəllüdlü Fatimə Əliyeva müxtəlif xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar