Sabirabadın Suqovuşan kəndində 2 yaşlı uşaq gölməçəyə düşərək boğulub.
Lent.az APA-ya istinadən xəbər verir ki, valideynlərinin nəzarətindən yayınan uşaq həyətdəki gölməçəyə düşüb. Hadisə nəticəsində uşaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.