Dünən xəstəxanaya yerləşdirilən məşhur türkiyəli komediya aktyoru Cem Yılmaz palatadan paylaşım edib.
Lent.az xəbər verir ki, Cem Yılmaz sosial media hesabında xəstəxana otağında çəkilmiş fotosunu paylaşaraq səhhətinin yaxşı olduğunu bildirib.
“‘Tam Gora”nın çəkilişləri bitdi. Dedim ki, indi iş qurtarandan sonra yorğunluq çıxar, çəkiliş meydançasında heç hiss etmirsən, iş bitəndən sonra sümüklərin ağrıyır... Dünən sinəmdə, kürəyimdə pis bir ağrı başladı. Evə gedib yatsaydım, hələ də yatmış olardım. Ayvacıkdakı ilk xəstəxanadakı, Çanaqqaladakı dostlarıma təşəkkür edirəm, sonra ətraflı şəkildə edəcəyəm. Soruşan, maraqlanan, yanıma gələn hər kəsə təşəkkür edirəm... Səhiyyə nazirimiz də sağ olsun, keçmiş olsun arzularını çatdırıb. Onsuz da bütün səhiyyə dünyası məni sevir, nə xoşbəxtlik... Nə isə, pis bir gün keçirdim, vəssalam. Həkimlər stressdən uzaq durun dedilər. Güldüm :) Yenə “qardas, az iç” deyən, “saçını kəsdirib, yeni imic yaradıb” deyənlərə bir sözüm var: Siz olmasaydınız, həyatda infarkt da olmazdı :) Məni sevənlərə bir daha, bir daha təşəkkür edirəm. Sağlam olun, inşallah”, -deyə Cem Yılmaz qeyd edib.