Əlcəzairdə hərbi-nəqliyyat təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay nəticəsində 103 nəfər həlak olub.
Hərbi komandanlığın təmsilçisi polkovnik Lahmadi Buqema bildirib ki, qəzanın baş verməsinə səbəb güclü küləyin əsməsi olub.
Məlumata əsasən, «Gerkules S-130» tipli təyyarə ölkənin cənubundakı Tamanrasset şəhərindən şimal-şərqdəki Konstantin bölgəsinə Əlcəzair hərbçilərini və ailə üzvlərini daşıyırmış.
Bir müddət öncə qəzada 119 nəfərin həlak olduğu barədə xəbər yayılmışdı. Bununla belə çeşidli məlumatlara əsasən, ölənlərin sayı 103-dən 128 nəfərədəkdir.