Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 570 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, indiyədək 526 nəfərin meyiti qohumların təhvil verilib.
Ümumilikdə təbii fəlakətdən 5 min nəfər zərər çəkib. İlkin hesablamalara görə, ölkəyə 3 milyard dollar həcmində ziyan dəyib.
Boliviya, Kolumbiya və Venesuela daxil olmaqla regionun bir neçə ölkəsi Ekvadora xilasedici qüvvələri və humanitar yardım göndəriblər.
Xatırladaq ki, 7,8 bal gücündə zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb.