Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 413-ə çatıb.
APA-nın məlumatına görə, Bu barədə yerli hökumət nümayəndələri məlumat verib.
Bundan əvvəl təbii fəlakət nəticəsində 366 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, aprelin 16-da Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Muisne yaşayış məntəqəsindən 28 cənub-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində yaşayış evləri, inzibati binalar, hotellər uçub.
***
Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 366-ya çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, 2 600 nəfər müxtəlif xəsarətlər alıb, 230 nəfər itkin düşüb, 1 500 tikili dağılıb və yaxud ziyan çəkib.
Təbii fəlakət zonasında tədbirlər davam etdirilir. Yerli hökumət ölənlərin sayının artmasını istisna etmir.
Xatırladaq ki, aprelin 16-da Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib