Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 587 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Prokurorluğunun məlumatında bildirilir. Bundan əvvəl ölənlərin sayının 577-yə çatdığı bildirilmişdi.
Məlumata görə, ölənlərdən 539 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
174 nəfər Manta şəhərində ölüb, 172 nəfər – Pedernales şəhərində, daha 116 nəfər isə Portovyexo əyalətində ölüb.