İslam Respublikası hakimiyyəti daxilində qarşıdurma davam etməkdədir. Vəziyyət çətinləşdikcə, hakimiyyətin qolları arasında ziddiyyət də kəskinləşir. Ötən həftənin sonunda qanunverici və məhkəmə sistemi ali icraedici orqanına qarşı mübarizə apardığı açıq-aşkar təsdiqləndi.
Qeyd edək ki, ölkə Ana Yasasına əsasən, ali rəhbərdən (hazırda bu vəzifəni ayətullah Seyid Əli xamneyi tutur) sonra ölkənin başçısı prezidentdir (indi Mahmud Əhmədinejatdır).
İran prezidenti Mahmud Əhmədinejad fevralın 5-də Misirə səfəri ərəfəsində jurnalistlərə açıqlamasında Sosial Təminat Təşkilatının rəhbəri Səid Mürtəzəvinin həbsinə kəskin reaksiya verib.
Lent.az-ın «
Hesab edirəm ki, İran Məhkəmə Sistemi xalqın məhkəmə sistemi olmalı, xalqa xidmət etməlidir. Bu qurum özəl bir ailə təşkilatı deyil, olmamalıdır da. Mən Misir səfərindən qayıdandan sonra Mürtəzəvinin həbsə salınması məsələsini ciddi şəkildə araşdıracam”.
İran prezidenti bildirib ki, ölkənin məhkəmə sistemi «ailə müəssisəsinə çevrilib».
S.Mürtəzəvini həbs ilə bağlı sanksiyanı parlamentin sədri Əli Laricaninin qardaşı Sadiq Laricani verib.
Mürtəzəvinin həbsinin motivləri barədə hələlik açıqlama verilməyib.
Yeri gəlmişkən o, 2009-cu ilədək Tehranın prokuroru olub. M. Əhmədinejadın yaxın adamlarından olan Səid Mürtəzəvi Sosial Təminat Təşkilatının rəhbəri idi.
Onu evə gedəndə ETTELAAT əməkdaşları tutub.
Həbsin səbəbi haqda hər hansı açıqlama yayılmasa da, onun fevralın 3-də parlamentdə Əhmədinejadla parlament sədri Əli Laricani arasında baş vermiş qalmaqala görə tutulduğu bildirilir. Həbsə rəsmi əsas kimi bir müddət əvvəl açılmış cinayət işlərinin göstəriləcəyi gözlənilir. Həmin cinayət işlərinin əksəri 2009-cu ilin iyununda İranda prezident seçkisi keçiriləndən sonra qanunsuz “Kəhrizək” zindanında müxaliflərə qarşı törədilən cinayətlərlə bağlıdır. O vaxt Səid Mürtəzəvi Tehranın prokuroru olub. İran parlamentinin 2010-cu ilin yanvarında müzakirə etdiyi bir hesabatda Səid Mürtəzəvinin “Kəhrizək”dəki işgəncələrə başçılıq etdiyi vurğulanıb. Hesabatda bildirilib ki, etiraz aksiyalarında tutulan 147 nəfər Səid Mürtəzəvinin əmri ilə “Kəhrizək” zindanına salınıb və burada müxtəlif təzyiqlərə, işgəncələrə məruz qoyulub.
Səid Mürtəzəvinin adı həmçinin 2004-cü ildə Tehranda tutulub təzyiqlər altında dindirilərkən başından aldığı zərbə nəticəsində komaya düşən İran əsilli kanadalı jurnalist Zəhra Kazıminin qətlində hallandırılır.
İndiyədək Səid Mürtəzəviyə qarşı bir neçə cinayət işi açılsa da, prezident Mahmud Əhmədinejad onun məsuliyyətə cəlb olunmasına imkan verməyib, eyni zamanda Mürtəzəvinin Sosial Təminat Təşkilatının rəhbəri təyin edilməsinə nail olub.
Səid Mürtəzəvinin hazırda Tehranın Evin zindanında saxlandığı deyilir.