Əhmədinejad  Türkiyəyə gedir
15 dekabr 2012 05:55 (UTC +04:00)

Əhmədinejad  Türkiyəyə gedir

0

İran prezidenti Mahmud Əhmədinejadın həftəsonu Türkiyəyə səfəri gözlənilir.

APA-nın məlumatına görə, səfər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

Məlumata əsasən, R. T. Ərdoğan dekabrın 16-da Konya şəhərinə gedəcək. Bu səbəbdən M. Əhmədinejadın da dekabrın 17-də Konyaya səfər edəcəyi bildirilir. Eyni zamanda xəbərdə hər iki liderin axşam saatlarında Konya şəhərində keçiriləcək Şəb-i Aruz mərasimlərinə qatılacaqları qeyd olunub. Məlumatda həmçinin İran prezidentinin dekabrın 17-də xüsusi təyyarə ilə Konyaya səfər edəcəyi və həmin gün də ölkəsinə geri dönəcəyi vurğulanıb.

Qeyd edək ki, Türkiyənin baş naziri və İran prezidenti sonuncu dəfə oktyabrın 17-də Bakıda görüşüblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar