2013-cü ildə Əfqanıstanda həlak olan və yaralananların sayı ilə bağlı BMT bəyana verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 2012-ci illə müqayisədə həlak olan və yaralananların sayı 14 faiz çoxalıb.
Qurumun hesablamasına əsasən, ötən il 3 minə yaxın dinc vətəndaş öldürülüb, 5,5 mindən çox insan isə yaralanıb.
Hesabat bildirilib ki, qurbanların çoxu qadın və uşaqlardır.
BMT-nin mütəxəssisləri qurbanların sayının çoxalmasını xarici silahlı qüvvələrin Əfqanıstandan çıxması ilə əlaqələndirir.