Əfqanıstanda Gürcüstan əsgəri itkin düşüb
22 dekabr 2012 03:37 (UTC +04:00)

Əfqanıstanda Gürcüstan əsgəri itkin düşüb

0

 

NATO koalisiyasının Əfqanıstandakı sözçüsü bildirib ki, ölkənin cənub əyalətlərindən birində xidmətdə olan gürcü əsgər itkin düşüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,  NATO əsgərinin tapılması üçün tədbirlər görülməkdədir.

 
Gürcüstanın Müdafiə Nazirliyi də dekabrın 21-də əsgərinin itkin düşdüyünü təsdiqləyib.

 

Amma nazirlik hadisə ilə bağlı ətraflı məlumat verməyib.

Gürcüstan Əfqanıstanda ən çox hərbçiləri olan qeyri-NATO ölkəsidir. Bu ölkə Əfqanıstandakı beynəlxalq anti-terror koalisiyasına 1 570 əsgər verib. Son üç ildə 18 gürcü əsgər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 615

Oxşar yazılar