Əfqanıstanda daha bir qadın məmur öldürüldü
03 yanvar 2014 02:45 (UTC +04:00)

Əfqanıstanda daha bir qadın məmur öldürüldü

Əfqanıstanın qərbindəki Herat şəhərində silahlı şəxslər yerli administrasiyada çalışan qadın məmuru qətlə yetiriblər.   

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, silahlı şəxslər inzibati binanın çıxışında 25 yaşlı Yalda Vəzirinin baş nahiyəsinə iki atəş açaraq öldürüblər.   

 

Məlumata görə, silahlı şəxslər hücumdan sonra hadisə yerini dərhal motosikletlə tərk ediblər.  

 

Xatırladaq ki, sentyabrda Gilmənd əyalətində 2 qadın  asayiş keşikçisi, dekabrda isə Uruzqan əyalətində qətlə yetirilmiş qadın polis əməkdaşı və müəllimə qətlə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652
avatar

Oxşar yazılar