Efiopiyanın qərbində silahlıların hücumu nəticəsində 208 nəfər ölüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, insident Efiopiya-Sudan sərhədində yerləşən Qambela əyalətində qeydə alınıb.
Cənubi Sudandan gələn silahlılar, qadın və uşaqlar daxil olmaqla, dinc sakinlərə divan tutub. Efiopiya rəsmiləri həmçinin 108 uşağın və 2 min mal-qaranın oğurlandığını bildiriblər.
Bundan əvvəl, Efiopiya hərbçiləri tərəfindən 60 silahlının məhv edildiyinə dair məlumatlar yayılıb.