Dzerjinskinin heykəlini Lubyanka meydanına qaytarmadılar
12 fevral 2014 03:44 (UTC +04:00)

Dzerjinskinin heykəlini Lubyanka meydanına qaytarmadılar

Moskva şəhər Duması Ümumrusiya Fövqəladə Komitəsinin («ÇK») yaradıcısı, çekistlərin ustadı Feliks Dzerjinskinin Lubyanka meydanındakı abidəsinin bərpasına qarşı səs verib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Moskva şəhər mədəniyyət idarəsinin başçısı Aleksandr Polovnikin məsələ ilə bağlı deyib ki, ictimaiyyətin vahid rəyi olmadığından onlar abidənin bərpasını təklif edib.

 

11 tonluq bu heykəl sovet heykəltəraşı Yevgeni Vuçetiç tərəfindən yonulub. Heykəl 1958-ci ildə Moskvada o vaxtkı Dzerjinsk, indiki Lubyanka meydanında ucaldılıb.

 

1991-ci ildə heykəl etiraz aksiyaçılarının tələbi ilə oradan «Muzeon» incəsənət parkına aparılıb. İndiyə kimi orada saxlanılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446
avatar

Oxşar yazılar