Pasxa bayramı ilə əlaqədar Ukraynanın cənub-şərqində aprelin 30-u, saat 00:00-dan atəşkəs rejimi qüvvəyə minib.
APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna üzrə Təmas qrupunun bəyanatında bildirilir.
“Müşahidəçilər Donbasda atəşkəs rejiminə riayət edilməsini izləyəcək. Atəşkəs rejiminin pozulması halları baş verdikdə Təmas qrupu təcili məsləhətləşmələr keçirəcək”, bəyanatda deyilir.