Dolların üzərində qaradərili qadının portreti olacaq - <span style="color:red;">FOTO
21 aprel 2016 12:04 (UTC +04:00)

Dolların üzərində qaradərili qadının portreti olacaq - FOTO

0

Dünyada əsas valyuta hesab edilən ABŞ dollarının üzərində ilk dəfə olaraq qaradərili şəxsin şəkilinin olması məsələsi gündəmə gəlib. Lent.az BBC-yə istinadən xəbər verir ki, quldarlığa qarşı böyük mübarizə yolu keçmiş məşhur hüquq müdafiəçisi Harriet Tubmanın portretinin 20 dollarlıq əskinasların üzərinə həkk edilməsi planlaşdırılır.

 

H.Tubman 1820-ci ildə bir qul kimi dünyaya gözə açıb və daha sonra öz azadlığını əldə edib. O, vətəndaşlıq hüququ aldıqdan sonra daha 70 qulun həyatını xilas edib.

 

Məşhur qadın hüquq müdafiəçisinin portreti simvolik olaraq nəhəng quldarlıq təsərrüfatlarından birinin sahibi olan keçmiş prezident Endrü Ceksonun yerini tutacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar