Suriya XİN rəhbərinin müavini Feysəl əl-Mikdad müxalifət lideri Əhməd Müəz əl- Xətiıbin danışıqlara başlanması haqda irəli sürdüyü şərtləri rədd edib.
Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə xəbəri “əl- Cəzirə” telekanalı yayıb.
O, deyib ki, Əhməd Müəz əl-Xətibin Dəməşqlə danışıqlara başlaması barədə təklifi sadəcə müxalifətin Bəşar Əsəd tərəfindən yanvarda irəli sürdüyü sülh təşəbbüsünə cavab cəhdidir.
Diplomat müxalifət liderinin irəli sürdüyü şərtləri rədd edərək, bildirib ki, Dəməşqlə danışıqların başlanması üçün müxalifət ilk növbədə, «hərbi yolla qələbə çalmaq niyyətindən geri çəkilməlidir».
“Biz silahı yerə qoyub danışıqlar ideyasına gələn hər kəsi alqışlayırıq” - deyə, o, vurğulayıb.
Xatırladaq ki, danışıqların başlanması üçün irəli sürülən şərtlərdən biri 160 min məhbusun azad olunması idi.
İranın xarici işlər naziri Ələkbər Salehi isə məsələ ilə bağlı Qahirədə jurnalistlərin sualına cavabında Dəməşqin üsyançılarla danışığa hazır olduğunu bildirmişdi.