Daşqınlar 70 can can aldı
30 aprel 2018 21:09 (UTC +04:00)

Daşqınlar 70 can can aldı

0

Keniyada  leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 70 nəfər həyatını itirib.

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında bildirilir.

 

Məlumata əsasən, martın sonundan etibarən bölgədə şiddətli yağıntılar səngimək bilmir. 200 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 

 Ölkədə bir çox ev, təsərrüfatlar, yol və digər infrastruktur obyektləri su altında qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar