ABŞ-ın sabiq dövlət katibi Con Kerri “Bank of America”-nın qlobal Məşvərət Şurasına rəhbərlik edəcək.
APA-nın məlumatına görə, bu barədə “Financial Times” qəzeti yazıb.
“Şuramız bir sıra məsələləri təhlil edəcək, dünya ictimaiyyətinin gələcəyini müəyyənləşdirən hadisələrə öz rəyini təqdim edəcək”, deyə C.Kerri bildirib.
“Financial Times”-ın yazdığına görə, ildə azı iki dəfə toplanan Məşvərət Şurasının gündəminə iqtisadi, siyasi və biznesin inkişafı məsələləri daxildir.