Çin sərhədçiləri Honkonqa gedən tunel aşkarlayıb. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «The national» qəzeti bildirib ki, bu yoldan qaçaqmalçılar istifadə edib.
Tunelə giriş Quandun əyalətinin Şençjen şəhərindəki qarajda yerləşib. Orada işıqlandırma, ventilyasiya sistemi, yükün daşınması üçün relslər belə quraşdırılıb.
Polisi bildirib ki, qaçaqmalçılar bu yolla Çindən cib telefonları, planşet daşıyırmış. 4 aya tikilən tunelin tikintisinə təxminən 490 min dollar xərclənib.
Mənbənin məlumatına əsasən, qaraj saxta sənədlə icarəyə götürülüb. Polis tuneli tikəni, qaçaqmalçılıqla məşğul olanları axtarır.