Çində 101 yaşlı qadın öz dəfn mərasimində «dirilib».
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Quandun əyalətinin sakini Penq Siuxuanı 16 saat hamı ölmüş bilib. Ancaq çoxları onun ayılmasını təəccüblə qarşılayıb.
Tənha yaşayan bu yaşlı qadına həmkəndliləri yardım edir. Mənbənin bildirdiyinə əsasən, o, bir dəfə yıxılıb. Onda 70 yaşını aşmış qızları ona qulluq etmək üçün kəndə gəliblər. Bir gün səhər hiss edirlər ki, anaları nəfəs almır. Nəbzi vurmur. Qadınlar hesab edir ki, anası vəfat edib. Ona görə də dəfnə hazırlaşırlar.
Qohumları onu basdırmaq üçün bütün hazırlıq işlərini görüb. Qadını dəfn etməyə aparanda o, gözlərini açaraq, gülümsəyib. Dəfnə yığışan qohumlar və yaxınları məclisi «ölünün dirilməsi» adı ilə davam etdirib.