Çin polisi 9 uyğuru güllələyib
31 dekabr 2013 03:34 (UTC +04:00)

Çin polisi 9 uyğuru güllələyib

Çin hakimiyyətinin uyğur türklərinə qarşı təzyiqi davam edir. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Sincan-Uyğur Muxtar Bölgəsinin  Kaşqar vilayətində polis bölməsinə basqın edildiyi iddia olunur.

 

Polisin açdığı atəş nəticəsində 9 uyğur həlak olub.

 

Çin rəsmiləri bildirib ki, əli bıçaqlı bir qrup polis şöbəsinə «basqın edib».

 

Uyğur fəalları isə Çin hakim dairələrinin dediklərini təkzib edib: «Hakimiyyət bölgəni despotik qaydalarla idarə edir. Mərkəzi rejim muxtariyyətə təzyiqlərini artırır».

Xatırladaq ki, dekabrın 15-də də Çin informasiya vasitələri uyğurların «bıçaqla polis şöbələrinə basqın etməsi» haqda xəbər yaymışdı. Onda da polis odlu silahla 14  uyğuru qətlə yetirmişdi.

 

Bu il rəsmi Pekin azı 4 dəfə «iğtişaşı yatırmaq» adı altında Uyğurustana hərbi qüvvələr yeridib, ictimai-fəalları ya qətlə yetirib, ya da həbs edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216
avatar

Oxşar yazılar