Çexiya Türkiyənin AB-yə tamhüquqlu üzvlüyünü dəstəkləyir
05 fevral 2013 06:51 (UTC +04:00)

Çexiya Türkiyənin AB-yə tamhüquqlu üzvlüyünü dəstəkləyir

Fevralın 4-də Türkiyənin baş naziri Rəcəb Taip Ərdoğan Çexiyada səfərdə olub.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Praqda hökumət başçısı Petr Neçasla görüşüb.

 

«Çexiya ənənəvi olaraq, Türkiyənin Avropa Birliyinə inteqrasiyası cəhdini dəstəkləyir. Biz gələcəkdə də Türkiyə vacib olan bütün kriteriyaları yerinə yetirdikdən sonra AB-nin tamhüquqlu üzv olması mövqeyimizdə qalacağıq» - deyə, Çexiyanın baş naziri bildirib.

 

Türkiyə hökumətinin başçısı öz növbəsində deyib ki, Ankaranın Avropa Birliyinə üzvlük cəhdini genişlənmə üzrə avrokomissar Ştefan Füle də (Çexiyadandır) dəstəkləyəcək. O, xatırladıb ki, Türkiyə formal olaraq, Avropa ictimaiyyətinin üzvü olmasa da, Ankara Avropa ilə sıx əlaqədədir: «Avropa Birliyi ərazisində hazırda 5 milyon türk yaşayır.Odur ki, gəlin, interqrasiya prosesini bitirək».

 

Ərdoğanla Neças Praqada qarşılıqlı sərmayə qoyuluşu, eləcə də energetika sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Hökumət başçıları birgə bəyanat imzalayıb. Həmin sənədə əsasən, Praqda Türkiyənin mədəniyyət mərkəzi, Ankara, yaxud İstanbulda isə Çexiyanın eyni mahiyyətli qurumu açılacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar