Cənubi Sudanda silahlılar xarici neftçilərin sığındığı BMT-nin bazasına hücum edib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Frans Press» bildirib ki, BMT-nin mətbuat katibinin müavini baş vermiş toqquşmada ölənlər var.İlkin məlumata əsasən,Hindistandan olan 3 hərbçı həlak olub.
Ölənlərin ümuml sayı haqda başqa məlumat yayılmayıb.
Mənbə xatırladıb ki, dekabrın 16-da bir qrup silahlının hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnib. Silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 500-dən çox olub.
Bundan əvvəl Cənubi Sudanda qarşıdurma nəticəsində 16 neftçinin öldüyü bildirilmişdi.