Türkiyənin Bursa şəhərində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 13-ə çatıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.
Xəstəxanalara 13 nəfərin çatdırıldığını bildirən nazir qeyd edib ki, yaralıların həyatlarına təhlükə yoxdur.
***
Türkiyənin Bursa şəhərində məscid qarşısında partlayış baş verib.
APA-nın Milliyet-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, partlayışı təxminən 25 yaşlı qadın-kamikadze törədib.
Bildirilir ki, məscid qarşısındakı dükanların şüşələri qırılın, mallar ətrafa dağılıb. Hadisə yerinə çox sayda polis, təcili yardım və xilasetmə qüvvələri cəlb edilib.