İnkişaf etmiş ölkələrin sənayesinə ən son texnologiyaların bənzərini çıxarması ilə qənim kəsilən çinlilərin özlərinin də analoqu olmayan texnoloji yaradıcılıqları üzə çıxmaqdadır.
Lent.az-ın məlumatına görə, Çin hərbi və təhlükəsizlik texnologiyalarının istehsalına görə artıq dünyanın aparıcı dövlətlərini geridə qoymaqdadır. Hansı ki, son 5 ildə bu sahədə Çin hətta ABŞ bazarına belə daxil olmağı bacarıb.
Çinə məxsus saytlardan biri çinli oğruların mikro silahlarının fotolarını təqdim edib. Qələm, açar, çətir, alışqan, qəlyan və digər əşyaların içində gizlədilmiş silahlar öldürücü xarakter daşıyır.