Britaniyada ölənin yarasına ziyan vurmuş leysan yağışlar və qasırğa ilə əlaqədar dekabrın 23-də İngiltərə və Uelsin rayonlarının çoxunda üçüncü səviyyə, «narıncı» təhlükə elan edilib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, hazırda krallığın 220 rayonunda sel təhlükəsi xəbərdarlığı edilib.
Mütəxəssislər bildirib ki, bəzi rayonlarda küləyin sürəti 120 km/saat-a çatıb.
Qasırğa nəticəsində 5 minə yaxın ev işıqsız qalıb. Yerli hakimiyyət təbii fəlakətlə bağlı elektrik enerjisiz qalacaq evlərin sayının artacağını istisna etməyib.
Yerli polisin məlumatına əsasən, dekabrın 23-də yollarda 13 milyon avtomobil qalıb.
Hava limanları isə öz rejimi ilə işləyir.
Sinoptiklərin proqnozuna dekabrın 24-də ölkə ərazisinin böyük bir hissəsində güclü külək əsəcək və leysan yağış yağacaq.