Pakistan məhkəməsi küfrə görə britaniyalı barəsində ölüm hökmü çıxarıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Məhəmməd Əsgər özünü islam «peyğəmbəri» elan etdiyi üçün 2010-cu ildə həbs edilib.
Vəkili müvəkkilinin psixoloji durumunun qaydasında olmadığını əsas göstərərək, cəzasının yüngülləşdirilməsini istəyib. Ancaq tibbi komissiya britaniyalı müsəlmanın psixoloji cəhətdən normal olduğunu bildirib.
Vəkil hökmlə bağlı şikayət etmək niyyətindədir.
Mənbə xatırladıb ki, Pakistanda anadan olmuş Məhəmməd Əsgər Britaniya vətəndaşıdır və uzun illər bu ölkədə yaşayıb.