Britaniyanın baş naziri Devid Kemeron AB Silahlı Qüvvələr birliyinin yaranmasına qarşı olduğunu bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Avropa Birliyinin Brüsseldəki ikigünlük zirvə toplantısında çıxışı zaman deyib: «Təhlükəsizliyin təmin edilməsi üçün hərbi sahədə əməkdaşlığın bir mənası var. Ancaq AB-yə Hərbi Hava Qüvvələri və başqa orduları yaratmaq lazım deyil».
Britaniya ənənəvi olaraq, hərbi qüvvələrin ciddi şəkildə milli qurum kimi qalması mövqeyindən çıxışı edərək, Avropanın təhlükəsizliyi üçün NATO ilə əməkdaşlığa üstünlük verir.