Almaniya millisi Braziliyanın təklif etdiyi qonaq evi layihəsini bəyənməyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, almanlar Baiya ştatında özləri komanda üçün «futbol evi» tikməyə başlayıb.
«Dünya çempionatı -2014»-ə hazırlıqda Almaniya inşaatçıları da iştirak edir. Məlumata əsasən, Almaniya yığması mətbuat mərkəzi və məşq meydançası alacaq.
Bina hava limanına yaxın olacaq.
Mənbə xatırladıb ki, Braziliyanın üç stadionu dünya çempionatına hazır deyil.