Brahimi:«Suriyada istifadə olunan kimyəvi maddə müəyyənləşməyib»
30 avqust 2013 06:26 (UTC +04:00)

Brahimi:«Suriyada istifadə olunan kimyəvi maddə müəyyənləşməyib»

BMT-nin müfəttişləri  Suriyada kimyəvi silah tətbiqini araşdırmaqdadır.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, onlar Dəməşq ətrafında kimyəvi silahın tətbiqi zamanı istifadə olunan kimyəvi maddəni müəyyənləşdirə bilməyib.

 

Bunu BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Parisdə mətbuat konfransında deyib: «Mütəxəssislərimiz hazırda Dəməşqdə işləyir. Onlar xeyli məlumat toplayıb. Ehtimal olunan kimyəvi silahın tətbiqi zamanı istifadə olunan kimyəvi maddəni hələlik  müəyyən edə bilməyib. Biz analizlərin nəticələrini gözləyirik». 

 

Lahdar Brahimi son günlər Suriyaya hərbi müdaxilə ehtimalı ilə bağlı yayılmış xəbərləri şərh etməkdən yayınıb: «Bu haqda heç bir məlumatım yoxdur».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar