Böyük Britaniya İŞİD-i soyqırımda ittiham etdi
21 aprel 2016 06:23 (UTC +04:00)

Böyük Britaniya İŞİD-i soyqırımda ittiham etdi

Böyük Britaniya  parlamenti yekdilliklə İŞİD terror təşkilatının Suriya və İraqda dini və etnik azlıqlara qarşı törətdikləri cinayətləri soyqırım kimi tanıyıb.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, müvafiq təşəbbüs ilə Mühafizəkarlar partiyasından olan deputat Feona Brüs çıxış edib.

 

“Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən soyqırımın müəyyənləşdirilməsi üçün müvafiq sorğunun mövcudluğu mütləqdir. Bunun üçün təklifin dəstəklənməsi olduqca əhəmiyyətlidir. Soyqırımın tanınması həlledici addımdır”, deyə F.Brüs qeyd edib.

 

İcmalar Palatası həmçinin BMT Təhlükəsizlik Şurasını adıçəkilən məsələyə baxmağa çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar