Bolqarıstanda 500 məktəb bağlanıb
21 dekabr 2012 01:20 (UTC +04:00)

Bolqarıstanda 500 məktəb bağlanıb

0

 

 

Son həftə ərzində Bolqarıstanda şaxtadan azından 6 nəfər  həyatını itirib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, ölkənin şimal-qərb hissəsində ağır yol şəraiti ilə bağlı avtonəqliyyatın hərəkəti qadağan edilib.

 

Bundan başqa ölkənin cənub –şərqində 200 kənd işıqsız qalıb. Güclü külək və don ucbatından təmir işlərini görülməsində çətinliklər yaranıb.

 

Soyuq və qara görə 500 məktəb bağlanıb. Ölkənin bir sıra bölgələrində fövqəladə vəziyyət elan olunub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 868

Oxşar yazılar