BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə özəl təmsilçisi Lahdar Brahimi suriyalılar qarşısında üzrə istəyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, , Cenevrədə keçirilən danışıqlarda irəliləyiş əldə edilmədiyi üçün o, bu addamı atdığını bildirib.
Brahimi Suriyadakı rejimin və müxalifətin təmsilçiləri ilə apardığı yekun müzakirələrdən sonra yaranmış vəziyyətdən çıxış yola tapılmadığı üçün məyus olub.
Onun sözlərinə görə, başlığa əngəl daşı rejimə məxsusdur: «Hakimiyyət keçid hökumətin yaranmasından imtina edir» .
O, əlavə edib ki, danışıqların üçüncü mərhələsinin keçiriləcəyi tarixi təyin olunmayıb.
Mənbə xatırladıb ki, üç ilə yaxın davam edən münaqişə nəticəsində yüz mindən çox suriyalı həlak olub, 9,5 milyon insan isə öz evini tərk edib.