Bin-Ladinin kürəkəni Ankarada tutulub
02 fevral 2013 06:11 (UTC +04:00)

Bin-Ladinin kürəkəni Ankarada tutulub

“Əl - Qaidə” terror təşkilatının keçmiş lideri, Üsamə bin-Ladinin axtarışda olan kürəkəni Ankarada saxlanılıb.

 

Türkiyəyə saxta pasportla qanunsuz yolla daxil olan Süleyman M. Ölkənin təhlükəsizlik qüvvələri, Milli İstixbarat Təşkilatı (MİT) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşlığı nəticəsində tutulub.


Məlumata görə, Süleyman M.-nin Səudiyyə Ərəbistanı pasportu ilə Türkiyəyə gəldiyini MKİ xəbər verib və MİT keçirdiyi əməliyyatla Ankaranın Çankaya rayonundakı msehmanxanada qalan şübhəlini ələ keçirib.

 

Qeyd edək ki, MKİ əməkdaşları onu sorğu-sual etmək istəsə də, Türkiyə tərəfi ölkə qanunvericiliyini əsas göstərərək, bunun qarşısını alıb.

 
Yayılan məlumata görə, Süleyman M.-nin İrana deportasiya ediləcəyi bildirilib. Onu da xatırladaq ki,.ötən il bin-Ladənin ailə üzvləri İranda saxlanılmışdı. 

"ANS"Press

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar