Belçikada terror planlaşdıran 12  nəfər saxlanılıb
19 iyun 2016 02:24 (UTC +04:00)

Belçikada terror planlaşdıran 12 nəfər saxlanılıb

0

Belçikada Avro-2016-nın qrup mərhələsi çərçivəsində Belçika-İrlandiya matçı zamanı terror aktları törətməyi  planlaşdıran 12 şəxs saxlanılıb.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, terrorçuluqda şübhəli bilinən şəxslər insanların sıx toplaşdığı yerlərdə və iri ticarət mərkəzlərində hücumlar törətməyi planlaşdırıblar. 

 

Gecə saatlarında keçirilən xüsusi əməliyyat zamanı 40 ev və 152 qaraja baxış keçirilib.

 

Məlumata görə, həbslərə baxmayaraq, saxlanılan şəxslərdə silah-sursat aşkarlamaq mümkün olmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar