Ermənistan müdafiə nazirinin müavini David Tonyan İrəvanda Belçika krallığının hərbi attaşesi, briqada generalı İv Kuvelerlə görüşüb.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın perspektivini müzakirə edib.
Belçikalı general bildirib ki, ölkəsi Ermənistanla hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Tərəflər qarşılıqlı maraq doğuran başqa məsələləri də müzakirə ediblər.
Xatırladaq ki, briqada generalının iqamətgahı Moskvada yerləşir.