Belarus Rusiya ilə yeni qaz müharibəsi astanasındadır
04 may 2016 05:37 (UTC +04:00)

Belarus Rusiya ilə yeni qaz müharibəsi astanasındadır

0

Belarus Rusiyadan aldığı qazın qiymətini aşağı salmaq niyyətindədir.  APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun baş naziri Vladimir Semaşko bildirib.

 

“Belarus Rusiya qazını “Qazprom Transqaz Belarus” ASC-nin təklif etdiyi qiymətdən daha aşağı qiymətə almaq niyyətindədir”, - deyə Semaşko bildirib.

 

“Cari ilin yanvarın 1-dən etibarən qazı xarici müəssisə statusu olan “Qazprom Transqaz Belarus” ASC-nin təklif etdiyi qiymətdən daha aşağı qiymətə almaq üçün bizim  bütün əsaslarımız var”, - deyə baş nazir qeyd edib.    

 

Qeyd edək ki, Rusiyanın “Qazprom” konserninin törəmə şirkəti olan “Qazprom Transqaz Belarus” ASC yerli dövlət müəssisələrinə qarşı qaza görə əskik ödənişlərlə əlaqədar Belarusun Arbitraj Məhkəməsində iddia qaldırıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar