Baş nazir Mandelanın dəfninə getməyə pul tapmadı
09 dekabr 2013 11:38 (UTC +04:00)

Baş nazir Mandelanın dəfninə getməyə pul tapmadı

İsrailin baş naziri Benyamin Netanyahu Cənubi Afrikanın əfsanəvi siması Nelson Mandelanın dəfn mərasiminə qatılmayacaq. Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə məlumatı İsrailin “Haaretz” qəzetinin müxbiri Barak Ravid yayıb.

 

Netanyahunun dəfn mərasiminə qatılmaqdan imtina etməsinin səbəbi isə CAR-a səfər xərclərinin həddindən artıq yüksək olmasıdır.

 

Belə ki, dekabrın 15-də keçiriləcək dəfn mərasimində iştirak etmək üçün 2 milyon dolları xərci çıxmalıdır. Səfər xərclərinin bu qədər çox olması baş naziri mərasimdə iştirakdan imtinaya sövq edib.

 

Qeyd edək ki, Mandelanın dəfnində 60 dövlət başçısının iştirak edəcəyi bildirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1538
avatar

Oxşar yazılar