Barak Obama «Maqnitsk siyahısını» təsdiqləyib
14 dekabr 2012 23:49 (UTC +04:00)

Barak Obama «Maqnitsk siyahısını» təsdiqləyib

0

ABŞ prezidenti Barak Obama Rusiya ilə normal ticarət münasibətlərinin qurulması statusu haqqında qanunu və «Maqnitsk siyahısı»nı imzalayıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qanun layihəsində keçmiş SSRİ ilə ABŞ arasında mövcud olmuş «Cekson –Venika düzəlişi»nə  əsasən ticarət məhdudiyyəti arandan qaldırılsa da, Rusiyada insan haqlarını pozanlara qarşı yeni sanksiyanın tətbiqi  nəzərdə tutulur.

Bu sənədi dekabrın 6-da ABŞ senatı təsdiqləyib. Qəbul edilmiş qanun layihəsində yalnız Rusiyada insan haqlarını pozanlara sanksiya tətbiq nəzərdə tutulub. Onun ilkin variantında isə dünyada insan haqlarının pozanlara qarşı yasaqların tətbiqi planlaşdırılmışdı.

Qeyd edək ki, «Hermitage» fonudunun keçmiş auditoru,  hüquqçu Sergey  Maqnitsk 2009-cu il noyabrın 16-da Rusiya istintaq təcridxanasında öldürülüb. O, vergidən yayınmaqda ittiham edilərək, tutulmuşdu. Bu olayadək isə Maqnitsk Rusiya dövlət büdcəsinin güc strukturları tərəfindən talan edildiyi faktını açıqlamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1048

Oxşar yazılar