Baradeyin təyinatı təkzib edilib - YENİLƏNİB-3
07 iyul 2013 03:14 (UTC +04:00)

Baradeyin təyinatı təkzib edilib - YENİLƏNİB-3

AEBA-nın keçmiş baş direktoru Məhəmməd əl-Baradeyin Misir keçid hökumətinə başçı təyin olunmayıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkənin müvəqqəti prezidentinin informasiya üzrə müşaviri Əhməd əl-Müsimani deyib ki, keçid hökumətinə başçı məsələsi ilə bağlı müşavirə gedir.

 

«Onun təyinatı ilə bağlı həqiqətə uyğun deyil. Baş nazirliyə namizədlə bağlı müşavirə gedir»-deyə, o, «RİA Novosti»-yə bildirib.

***

00.23

İyulun 6-da bəzi informasiya vasitələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin keçmiş baş direktoru Məhəmməd əl –Baradeyin Misirdən qaçdığı barədə xəbərlər yaymışdı.

Ancaq elə həmin gün ölkədə  baş verənlər bunun əksini təsdiqlədi.

 

Lent.az-ın «RİA Novosti»yə istinadən məlumatına görə, Misirin keçid  hökumətinin rəhbəri vəzifəsinə müxalifət lideri Məhəmməd əl-Baradey təyin olunub. O, ölkənin müvəqqəti prezidenti Ədl Mənsurun qarşısında and içib.

 

Təntənəli andiçmə mərasimi Qhirənin «əl-İttihadiyyə» adlı prezident sarayında gerçəkləşdirilib.

 

Məhəmməd əl-Baradei 1942-ci ildə Qahirədə anadan olub. 1997-ci ildən 2009-cu ilədək Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru vəzifəsində çalışıb. 

 

***

23.10

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) keçmiş baş direktoru Məhəmməd əl-Baradey Misirin baş naziri olacaq. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu  haqda MEHA dövlət informasiya agentliyi bildirib.

 

Məlumata əsasən, 71 yaşlı siyasətçi Misir liberal və sol partiyaların alyansına başçılıq edir. 2005 –ci ildə, AEBA-nın baş direktoru olanda Nobel mükafatına layiq görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar