ABŞ rəhbərliyi Banqladeş hökumətindən Amerikanın bu ölkədəki səfirliyinin əməkdaşı Ksulxaz Mannanın qətlinin araşdırılmasını tələb edir.
"Report" xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bildirib.
"Biz Banqladeş hökumətini təkidlə bu ağılasığmaz cinayəti törədən şəxsləri mühakimə etməyə çağırırıq", — deyə o söyləyib.
Ned Prays qeyd edib ki, Mannan "ləyaqətlə, cəsarətlə və fədakarlıqla" işləyirdi və nümunəvi əməkdaş idi.