Bankdakı girov azad edib
22 dekabr 2012 07:50 (UTC +04:00)

Bankdakı girov azad edib

Polis Berlində “Deutsche Bank”ın filialında girov götürüb partlayışla hədələyən şəxsi təslim olmağı razı sala bilib. Bu barədə APA “Frans Press”ə istinadən xəbər verir.

 

On saat davam edən danışıqlar müsbət nəticə verib: cinayətkar girov saxladığı şəxsi buraxıb, bundan dərhal sonra polis binaya daxil olub və banka basqın edən şəxsi həbs edib.

 

Agentliyin xəbərinə görə, cinayətkar saxlanılarkən heç bir müqavimət göstərməyib. Onun üzərində partladıcı qurğu olub-olmaması barədə məlumat verilmir.

 

Xatırladaq ki, dünən naməlum şəxs “Deutsche Bank”-ın Berlinin Selendorf rayonundakı filialına işin sonuna az qalmış daxil olub və içəridəkiləri onda partladıcı qurğu olması ilə hədələyərək, 1 milyon avro tələb edib. Cinayətkar bank işçisini girov götürüb. İyirmiyədək insan binadan qaçmağa müvəffəq olub. Hadisə yerinə 300-dək polis və xüsusi təyinatlılar cəlb olunub, bina və yaxın küçələr nəzarətə götürülüb.

 

Həbs olunan şəxs barədə tam məlumat verilmir. “Bild” qəzeti onun 20 yaşlı, idmançı bədən quruluşuna malik Almaniya vətəndaşı olduğunu bildirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237

Oxşar yazılar

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34