APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Latviya, Litva və Estoniya səfirləri Gürcüstan parlamentinin sədri David Usupaşviliyə göndərdikləri mesajda qeyd ediblər. Baltik ölkələri səfirləri Gürcüstan parlamentinin Azadlıq Nizamnaməsinə (Azadlıq Xartiyasına) etdiyi düzəlişləri alqışlayıb. Bu düzəlişlər kommunist, totalitar və faşizm rəmzlərini məhv etmə mexanizmlərin yaradılması istiqamətinə yönəlib.
Səfirlər dövlət komissiyası yaradılması ideyasına tam dəstək verəcəklərini, eyni zamanda baltik ölkələri tarixçiləri gürcü tarixçi və alimləri ilə təcrübələrini də bölüşəcəklərini bildiriblər.